Ürəyinizi qoruyun app for iPhone and iPad


4.2 ( 7312 ratings )
Health & Fitness Medical
Developer: Farid Hagverdiyev
Free
Current version: 1.0, last update: 4 years ago
First release : 19 Mar 2019
App size: 52.87 Mb

Öz ürəyinin sağlamlığına nəzarət etməyini istiyənlər üçün bu mürəkkəb tətbiq faydalıdır. Tətbiq üç hissədən ibarətdir:
1) Dərmanların vaxtında qəbulu üçün yaddaş
Həkiminiz təyin etdiyi dərmanların qəbul edilməyini unutmayın. Gündə neçə dəfə, hansı dozada və hansı müddət ərzində təyin olduğunu sistemdə qeyd edin. Xəbərdarlıq sistemin köməyi ilə Siz həkim təyin etdiyi dərmanın vaxtında qəbul etməyini unutmayacaqsınız.

2) Qan təzyiqi və nəbzin ölçülməsi
Qoşmanın bu hissəsində Siz müstəqil olaraq sağlamlığınızın vacib göstəricilərini nəzarətiniz altında saxlaya biləcəksiniz, lazım olarsa, həkiminizlə bölüşə bilərsiniz. Bu, həkiminizə aparılan müalicəni vaxtında təshih etməyə imkan yaradacaq. Arterial təzyiqi və nəbzinizi ölçəndən sonra dərhal qeyd edin. Bu göstəriciləri gün və ya həftə ərzində toplayıb mobil cihazdan (telefonunuzdan və ya planşetdən) həkimin elektron ünvanına göndərə bilərsiniz. O, göstəricilərinizi cədvəl şəklində görəcək.

3) Ürəyin sağlamlığına aid yararlı məqalələr
Biz Sizin üçün faydalı olan risk faktorlar, stresslə mübarizə və diabet kimi digər məqalələri toplamışıq.

Proqram Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzin dəstəyi ilə yaradılmışdır